Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2024 , 23:07

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qax bələdiyyəsinin üzvü Dilarə Əhmədova "ECOVELOFEST"də birinci yerə layiq görülüb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin metodisti, Qax bələdiyyəsinin komissiya sədri  Dilarə Əhmədova Gəncə şəhərində keçirilən "ECOVELOFEST"də birinci yerə layiq görülüb.
100-dən çox qadın təhsil işçisinin iştirakı ilə keçirilən "ECOVELOFEST" Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Bank Respublika və Bookzone kitab evinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutub.
Qeyd edək ki, "ECOVELOFEST"in təşkilində məqsəd yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqidir.
P.S. Bizdə Dilarə Əhmədovanı bu böyük nailiyyəti münasibətilə ürəkdən təbrik edirik və gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər